Altıncı yarımfinalçının adı bəlli oldu
09 fevral 2013 07:52 (UTC +04:00)

Altıncı yarımfinalçının adı bəlli oldu

Azərbaycanı “Eurovision 2013” təmsilçisinin seçilməsi üçün milli seçim turu davam edir.

 

Lent.az-ın məlumatına görə, mayda İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün təşkil edilən milli seçim turunun altıncı həftəsi başa çatıb.

 

İctimai TV-nin canlı yayımında 9 nəfər iştirakçının mübarizə apardığı həftənin qalibi məlum olub.

 

Bir həftə ərzində Fərid Həsənov, Aygül Məmmədov, Rüstəm Əlləzov, Nərmin Seyidova, Davud Əsgərli, Çinarə İsmayılova, Fərid Məmmədov, Arzu Səlimova, Mərdan Kazımov birincilik uğurunda mübarizə aparıblar.

 

Tamaşaçıların və münsiflərin səsverməsinin nəticələrinə əsasən, milli seçim turunun altıncı  həftəsinin qalibi   Fərid Məmmədov olub. O, tamaşaçıların səsverməsinə əsasən 1838 səs toplayaraq, ikinci olsa da, münsiflərin səs verməsindən 12 xal almaqla yarımfinala vəsiqə qazanıb.  

 

Qeyd edək ki, milli seçim turunun o biri yarımfinalçıları - Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 970

Oxşar yazılar