Ailə qurmağa hazırlaşan Samiraldo imicini dəyişdi
03 iyun 2014 11:40 (UTC +04:00)

Ailə qurmağa hazırlaşan Samiraldo imicini dəyişdi

Ailə qurmağa hazırlaşan stilist Samiraldo (Samir Əliyev) indi də imicinə əl gəzdirib. Lent.az-ın məlumatına görə, daim qeyri-adi geyimləri ilə müzakirə olunan stilist bu dəfə saçlarını uzatdıraraq, başına yaylıq bağlayıb. Stilistin yeni şəkilləri sosial şəbəkədə müzakirələrə səbəb olub.

 

 

Qeyd edək ki, Samiraldo bir müddət öncə Lent.az-a ailə həyatı qurması barədə bu sözləri demişdi: “Allahıma çox şükür edirəm ki, məni başa düşən bir xanımı qarşıma çıxarıb. Bir neçə ildir ki, bir xanımla münasibətdəyəm. O, illərdir ki, məndən evlilik təklifi gözləyirdi. Artıq təklifimi etmişəm. Mən də ailə qurub, övlad sahibi olmaq istəyirəm. Ailə quracağım xanım məndən iki yaş balacadır. Ailə qurduqdan sonra başqa bir Samir olacağam. Geyimlərimə diqqət edəcəm. Çalışacam ki, mənə görə xanımım narahat olmasın. Toyum yeni ilin ilk aylarında Azərbaycandan kənarda olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2799

Oxşar yazılar