Noyabrın 22-də ABŞ prezidentinin müavini Co Bayden kafedə yemək alarkən köməkçisindən 10 dollar boc alıb.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, bu haqda «USA Today» qəzeti yazıb.
O. prezident Barak Obama ilə nahar etdiyi ənənəvi «Capriotti's» kafelər şəbəkəsinə gedib. Yeməyi götürüb, hesab 56 dollar 25 sent olub. Onu ödəməyə 10 dolları çatmayıb və köməkçisinə «Fren, 10 dollar borc verə bilərsən?»
Kafenin əməkdaşları onu qonaq etmək istəyib. Ancaq prezidentin müavini hamısını ödəyəcəyini söyləyib: «Lazım deyil. Ödəyəcəyəm. Vilminqtonda «Capriotti's»-ə 40 ildir gedirəm. Həmişə də ödəmişəm».
Baydenin köməkçisinə borcunu qaytarması haqda məlumat yayılmayıb.