
"Qızımı niyə ləkələyirsiniz?" - Xalq artisti
"Almaz ləkə götürməz. Əgər almaz təmizdirsə, heç cür çirkaba batırmaq olmaz. Bir ünvana naxoş söz demək üçün fikirləşin, görün kimin övladıdır".
Lent.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Rafael Dadaşov "5/5" verilişində deyib. Proqrama müğənni qızı Səidə Dadaşova ilə birlikdə qatılan aktyor övladının ünvanına deyilən tənqidlərə münasibət bildirib:
"Baxın görün atası, hansı ad qoyub? Rafaeli sevirsinizsə, niyə qızımı ləkələyirsiz? Ona dəyən daş mənə də dəyir. O, ləkə götürmür, amma atası var. Məni ləkələmirsiz, bəs, övladımı niyə edirsiz? Niyə ona lazımsız sözlər deyirsiz?
Neçə dəfə məni evləndirib-boşandırmısız, kənarda uşaqlarım olduğunu demisiz. Mənim kimi tək sevgiyə inanan yoxdur. Bir sevgiyə inanmışam və sadiq qalmışam. İkincis evgiyə inanmıram".
Qeyd edək ki, Səidə ailəlidir və bir övladı var.
Oxşar yazılar

Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34