"Güldü, vəssalam!"- Telman İsmayılovun Monika məsələsinə reaksiyası
31 avqust 2013 14:08 (UTC +04:00)

"Güldü, vəssalam!"- Telman İsmayılovun Monika məsələsinə reaksiyası

Dünyaca məşhur cütlük Monika Belluçi və Vensas Kasselin boşanması sensasiyaya səbəb oldu. Heç kimin ağlına gəlməzdi ki, bir-birlərini bu qədər çox sevən və 17 il ailə həyatı yaşayan cütlük ayrılarlar.
 
"Komsomolskaya pravda"nın xəbərinə görə, Monika Belluçi müsahibəsində bunları bildirib: “Bizim həyat tərzimiz ayrılmağımıza səbəb oldu, amma buna baxmayaraq biz hər zaman bir birimizi sevəcəyik.” Aktrisa bildirib ki, yolları ayrılsa da yaxın,doğma insan olaraq qalacaqlar.
 
Cütlüyün boşandıqları ilə bağlı xəbərlər yayıldıqdan sonra, Monika və Vensasın ayrılmaqlarına səbəb kimi aktrisanın yeni eşqə düşməsi göstərilib. İddialara görə, Belluçi həyat yoldaşından ayrılaraq azərbaycanlı milyarder Telman İsmayılovla görüşməyə başlayıb. Biznesmen və aktrisa atrıq neçə ildir tanışdırlar və Telman İsmayılovun bütün tədbirlərində Belluçi iştirak edib.
 
Qeyd edək ki, İsmayılov-Rusiyanın milyarderlərindən biridir, Çerkizov bazarının eks prezidenti, AST şirkətinin sahibidir. Bunlarla yanaşı dünyaca ən gözəl, böyük otellərdən sayılan Antalyada yerləşən "Mardan Palace"ın sahibidir. İsmayılovun şəxsi tədbirlərində hər zaman Hollivud ulduzları iştirak edirlər, Şeron Stoun, müğənni Mark Entoni və keçmiş həyat yoldaşı Cenifer Lopez, həmçinin, Peris Hilton və Şakira.
 
Azərbaycanlı milyorderin Belluçi ilə görüşmələri xəbəri bütün medianın diqqət mərkəzindədir. Halbuki, İsmayılov heç zaman şəxsi həyatı barədə danışmayıb. Onun şəxsi internet səhifəsində isə ancaq bunlar yazılıb: “Telman İsmayılov öz xanımını hər səhər qızıl və brilliantlarla bəzədilmiş zinət əşyaları ilə sevindirir”.
 
Yayılan xəbərin doğru olub olmadığını araşdırmaq üçün biznesmenin kiçik oğlu Sərxan ilə əlaqə yaradılıb. 

-Sərxan, medianın gündəmində olan xəbər barədə nə deyə bilərsiniz? Planetin ən gözəl xanımlarından biri sayılan Monika Belluçi ilə münasibətləri olması xəbərinə ailəniz necə reaksiya verdi? Ən əsası Telman bəy nə dedi?
 
Sərxan İsmayılov bildirib ki, əlbəttə ki, bunlar hamısı yalan xəbərlərdir. Biz belə şayiələrə artıq fikir vermirik, atam bu xəbərləri çox sakit qarşıladı. Güldü vəssalam! 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3342
avatar

Oxşar yazılar