Qalmaqallı “Bu tarz benim” moda yarışması yalnız Türkiyənin TV 8 kanalınmda yayımlanacaq.
Lent.az-ın “milli.az”-a istinadən məlumatına görə, eyni ad, eyni formatda, ancaq fərqli kanallarda (Show TV və TV 8) yayımlanan moda yarışması barədə məhkəmə qərar verib.
Qərara görə, Show TV-də yayımlanan “Bu tarz benim” verilişi yayımını dayandıracaq. Eyni zamanda məhkəmə Show TV-yə bu addan istifadə etməyə icazə versə də, ancaq moda, geyim, trend və.s kimi formatda verilişin yayımından məhrum edib.
Qeyd edək ki, “Production House” “Bu tarz benim” moda yarışmasının yayımını Show TV-də yox, TV 8-də yayımlanmağa başlamışdı. Bu isə kanal rəhbərliyi tərəfindən normal qarşılanmamışdı. Bununla da, eyni ad və loqoda, fərqli kanallarda yarışma yayımlanmağa başlamışdı. Hər iki tərəf isə məhkəməyə müraciət etmişdi.