Rusiyalı müğənni Janna Frisk 4 ildir münasibətdə olduğu sevgilisi ilə evlənir.
Lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, rus ifaçısı Janna Frisk və sevgilisi teleaparıcı Dmitri Şepelovanın yaxınları onların 4 illik münasibətlərini rəsmiləşdirəcəyini deyib.
Dmitrinin dostu “Dima artıq üzük alıb. Yaxın vaxtda Jannaya evlilik təklif edəcək. Bu, Janna üçün sürpriz olacaq” - deyib.
Onu da xatırladaq ki, Janna və Dmitrinin oğlu Platon dünyaya gəldikdən sonra Jannada xərçəng aşkar olunmuşdu. Müğənni Amerikada uzun müddətli və ağır müalicə kursu keçərək xəstəliyə qalib gəlib.