<b>Validədən Nüşabəyə sərt cavab:</b> “Düşüncəsi şortikimdən qısa olan biri....” <span style="color:red;">- QALMAQAL
21 iyun 2014 17:32 (UTC +04:00)

Validədən Nüşabəyə sərt cavab: “Düşüncəsi şortikimdən qısa olan biri....” - QALMAQAL

Əməkdar artist Nüşabə Ələsgərli ilə İsveçrədə yaşayan azərbaycanlı model Validə Abbasova arasında qalmaqal olub. Lent.az-ın məlumatına görə, N.Ələsgərli “İnstagram” səhifəsində modelin ünvanına bu sözləri yazıb: “Validə, əzizim sən çox gözəl qadınsan. Sənə baxmaq adama zövq və həzinlik verir. Amma səni incitmək, xətrinə dəymək istəməzdim. Sənə bir söz demək istəyirəm. Gözəl Validə, artıq yaşın o yaş deyil. Qızın böyüyür. Bu gün, sabah ərə verəcəksən. Həyat tərzin, həddindən artıq açıq-saçıq geyim, sənə yaraşmır. Özümdən qat-qat kiçik olan bir kişiylə yaşayırsan. Sənə daha sanballı ər lazımdı. Sənə ağır həyat və xanımlıq arzu edirəm. Öpürəm gözəlim”.

V.Abbasova isə N.Ələsgərlinin bu sözlərini cavabsız qoymayıb. O, da N.Ələsgərlinin cavabını sosial şəbəkədə verib: “

"Mən qızımı necə ərə verəcəmsə, bunun heç kimə aidiyatı yoxdur. Mən düşünürəm ki, bizim ailəyə düşüncəsi şortikimdən qısa az olan insanın fikir bildirməsi lazım deyil. Nə də ki, insanları geyimlərinə görə qiymətləndirənlərin fikirləri məni maraqlandırmır. Çox sağ olun, sizin dünya görünüşünüzü bilmək mənə maraqlı idi. Uğurlar".

# 8664
avatar

Yalçın UĞUR

Oxşar yazılar