Arif Quliyevin oğlu atasının evini  satdı
07 aprel 2024 14:15 (UTC +04:00)

Arif Quliyevin oğlu atasının evini satdı

“Anamın səhhəti ağır olaraq qalır. Evdə müalicə alır. Xəstəliyinə görə gözləri tamam zəifləyib. Həm qaraciyər, həm də insult xəstəliyi bir-birinə qarışıb. Səhərə kimi yatmırıq. Allahdan ümidimizi üzmürük. Allah bütün xəstələrə şəfa versin. Sosial şəbəkədəki rəyləri oxuyuram, hamı ailəmiz üçün dua edir”.

Lent.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Arif Quliyevin oğlu Rövşən Quliyev deyib. O daha sonra əlavə edib:

“Anamın dərmanlarını pensiyası ilə alırıq. Bir-iki dərmanı var ki, bahadır. Hərdən birini alırıq. Min manat dərmanları edir. Kömək edənlər də var. Dayılarım da yardım edirlər. Anama hələ də qismət olmayıb ki, atamın məzarını ziyarət etsin. Onun üçün çox darıxır. Hər gün onu yuxuda görür. Elə bizim üçün də atamın yoxluğu çox çətindir. O sağ olsaydı, bəlkə də anam heç xəstələnməzdi, yatağa düşməzdi”.

Rövşən Quliyev bildirib ki, atasının ölümündən sonra sənətkarın illərdir yaşadığı evi də satıblar.

“Atam dünyasını dəyişməzdən 3 ay öncə evin sənədlərini adıma keçirdim. Ona da demişdim ki, evi satıb iki ev alacağam. Biri bacıma, biri də bizə. Çox sevinmişdi. Çox heyf ki, bu günləri görmədi. Onu itirəndən sonra bu evdə yaşaya bilməzdik. Hər şey üstümüzə gəlirdi. Elə zənn edirdik ki, qapı açılacaq və içəri girəcək. Ona görə də, evi tez satıb, iki ev aldıq”, - deyə aktyorun oğlu bildirib.

# 5664
avatar

Oxşar yazılar

Məşhur aktrisa 60 kilo ARIQLADI

Məşhur aktrisa 60 kilo ARIQLADI

23 may 2024 , 20:37
 "Sənin köməyinə ehtiyacım var"  : Cennifer Lopez

"Sənin köməyinə ehtiyacım var" : Cennifer Lopez

23 may 2024 , 18:45
Məşhur aktyora  1 milyonluq   TƏKLİF: Şam yeməyi üçün

Məşhur aktyora 1 milyonluq TƏKLİF: Şam yeməyi üçün

23 may 2024 , 17:17
Nəsrin Cavadzadə anası ilə çimərlik fotolarını  PAYLAŞDI

Nəsrin Cavadzadə anası ilə çimərlik fotolarını PAYLAŞDI

23 may 2024 , 12:20
Məşhur model çimərlik geyimində -  FOTO

Məşhur model çimərlik geyimində - FOTO

22 may 2024 , 21:53
 "Yalan biabırçılıq"   - Puqaçova yeni mahnısına klip çəkdirdi

"Yalan biabırçılıq" - Puqaçova yeni mahnısına klip çəkdirdi

22 may 2024 , 19:25
Məşhur aktyor jurnalisti  DÖYDÜ

Məşhur aktyor jurnalisti DÖYDÜ

22 may 2024 , 15:49
Hadisə makiyajsız fotosunu paylaşdı

Hadisə makiyajsız fotosunu paylaşdı

22 may 2024 , 04:02