[b]Samirə 2-ci dəfə ƏRƏ GEDİR: "İmkanlı şəxs və iş adamıdır" - VİDEO[/b]
14 may 2019 14:51 (UTC +04:00)

[b]Samirə 2-ci dəfə ƏRƏ GEDİR: "İmkanlı şəxs və iş adamıdır" - VİDEO[/b]

Azərbaycanlı meyxanaçı-müğənni Samirə Yusifqızı 2-ci dəfə ailə qurur. Bu barədə Lent.az-a açıqlamasında xanım meyxanaçının özü deyib. O bildirib ki, ailə quracağı şəxs iş adamıdır: “Ailə quracağım şəxs Azərbaycan vətəndaşı deyil, əcnəbidir. İmkanlı şəxsdir. Adının açıqlanmasını istəmir. Evlilik təklifi etdi, düşündüm və müsbət cavab vermək qərarına gəldim. Onun imkanlı olması bu qərarımı verməkdə rol oynadı. Çünki imkan olmayanda ailədə söz-söhbətlərə səbəb olur. Demirəm ki, o milyonçu olmalıdır. Sadəcə ailəyə baxa biləcək gücü olmalıdır. Gördüm ki, o, ailəsindən savayı bir neçə ailəyə baxa bilər, mən də razı oldum. Mənə və sənətimə qadağalar qoymur. Sənətimi başa düşüb və məni bu sənətimlə qəbul edən adamdır. Ona görə də bu evliliyə razı oldum”.

 

İfaçı bildirib ki, seçimində yaxınlarının da rolu böyük olub: “Oğlum böyüyüb, qızım da ailə qurub. Hərə özü üçün sağ olsun. Yaşlananda insana ürək sirdaşına ehtiyacı olur. Həyat yoldaşım dünyasını dəyişəndən sonra ailə qurmayacağımı demişdim. Mən qocalanda, xəstələnəndə uşaqlarım, doğmalarım gələnə qədər, yanımda bir həyat yoldaşına ehtiyacım var. Heç olmasa o anda mənə bir stəkan çay verən olsun. Yaxınlarımla bir masa arxasında bu mövzunu müzakirə etdik və bir qərara gəldik ki, “hə” deyim. Anamın, övladlarımın razılığı olmasaydı, mən onunla ailə qurmazdım”.

 

S.Yusifqızı bu qərarına görə onu qınayacaq olan insanlara da sözünü deyib: “Mənim nə yaşım var ki? Ailə qurmaq yaşa baxmır. İnsanın şəxsiyyət vəsiqəsində göstərilən doğum tarixi ilə ürəyi bir ola bilməz. Əgər bir insanın ürəyi cavandırsa,  ruhunu cavan hiss edirsə, enerjilidirsə, ona yaşlı demək olmaz. Özümə yaşlı insan kimi baxmıram. İncəsənət sahəsində elə insanlar var ki, 75 yaşları var, amma özlərini 50 yaşındakı kimi təqdim edirlər və ailə qururlar. Niyə mən ailə qurmayım ki? Məni tənqid edənlər sabah mənə nə çörək, nə də su verməyəcək. Hər kəs ilk öncə öz ailəsinin problemlərini çözsün, daha sonra gəlib mənim həyatımı müzakirə etsin. Mənə pis rəy yazanlara demək istəyirəm ki, ilk öncə özünüzü mənim yerimə qoyun, daha sonra nəsə yazın”.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     

Müğənni sonda bildirib ki, gələcək həyat yoldaşı evli olub: “O, evli olub, yoldaşı rəhmətə gedib. Çoxdandır ki, mənlə evlənmək fikri var idi. Nəhayət razı oldum”.

Qeyd edək ki, S.Yusifqızı 11 il ailəli olub. Həyat yoldaşı toyda oynayan zaman dünyasını dəyişib. Onun bu evlilikdən bir qızı və bir oğlu var. İfaçı bildirib ki, oğlu və qızını evləndirib, nəvələri var.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Samirə Yusifqızı 2-ci dəfə ƏRƏ GEDİR VİDEO @lent_az

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5040
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Azərbaycanlı ərindən boşanan müğənni çılpaq görüntüləndi

Azərbaycanlı ərindən boşanan müğənni çılpaq görüntüləndi

27 iyul 2024 , 16:18
Bütün dövrlərin ən gözəl aktrisası  kimdir?

Bütün dövrlərin ən gözəl aktrisası kimdir?

27 iyul 2024 , 14:30
Ehtiram Hüseynov buzlu su  ilə sağalır

Ehtiram Hüseynov buzlu su ilə sağalır

27 iyul 2024 , 10:38
61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55