<b>Murad Dadaşovun səhhəti pisləşdi: <span style="color:red;">"Dəhşətli ağrılar idi..." </b>
13 iyun 2017 14:31 (UTC +04:00)

Murad Dadaşovun səhhəti pisləşdi: "Dəhşətli ağrılar idi..."

 

“Səhhətimdə problem yaranmışdı, ilkin müayinə zamanı qərar verildi ki, təcili əməliyyat olunmalıdır”.

 

Bunu APA-ya şoumen, “Maşın şou”nun aparıcısı Murad Dadaşov deyib. Onun sözlərinə görə, hazırda səhhəti ilə bağlı hər  şey qaydasındadır: “Məsələ burasındadır ki, iyunun 11-dən 12-ə keçən gecə halım pisləşdi. Sol ayağımda bir müddət idi, ağrılar varıydı. Fikir vermirdim. Elə bilirdim, ayaqqabı narahatdır. Amma gördüm ki, ayaqqabı məsələsi deyil. Sonuncu dəfə ayın 11-i efirə çıxdım. Həmin gün corabımı belə geyinə bilmədim. Ayağım çox şişmişdi. Səhəri gün həkimlə əlaqə saxladıq. Elə bildik, travmatoloji, sümüklə bağlı problemdir. Sən demə, infeksiya varmış, iltihab olub. Dəhşətli ağrılarım var idi. Şükür Allaha, bir az özümə gəlmişəm. Ümid edirəm ki, gücüm çatacaq və layihəni özüm bitirəcəyəm. Fürsətdən istifadə edib köməyimə gələn həmkarlarıma, dostlarıma təşəkkür edirəm. Bilmirdim ki, insanlara bu qədər maraqlıyam. Allah hamıya can sağlığı versin". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

APA Baycan

Oxşar yazılar