Lalə Məmmədova barəsində <span style="color:red;">YENİ XƏBƏR
12 may 2017 15:18 (UTC +04:00)

Lalə Məmmədova barəsində YENİ XƏBƏR

Əməkdar artist Lalə Məmmədova mayın 25-də “Mədəniyyət” kanalının və Azərbaycan radiosunun birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında konsert verəcək. Lent.az-ın məlumatına görə, əməkdar artist konsertdə Azərbaycan bəstəkarlarının retro mahnılarını oxuyacaq.

 

Müğənnini konsert boyu Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Dövlət Simfonik Orkestri müşayiət edəcək. Dirijor əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435

Oxşar yazılar