56 yaşlı superulduz Madonna həmişə tabuları dağıtdığını etiraf edib. Mətbuatda həmişə özündən yaşca çox kiçik kişilərlə adı hallanan pop musiqisinin ulduzu niyə gənc kişilərlə görüşdüyünün səbəbini açıqlayıb.
Lent.az-ın “New York Daily News”a istinadən xəbərinə görə, Madonna özüylə həmyaşıd kişilərin ona uyğun olmadıqlarını deyib: “Həmyaşıdım olan kişilər özündən gənc xanımlarla evlənir. Onlar mənə uyğun deyil. Mən macəra sevən biriyəm və çılğın bir həyatım var. Tənha anayam, 4 övladım var. Demək istəyirəm ki, həyatıma uyğunlaşmaq üçün çox açıq dünya görüşlü və macəraçı biri olmalısan. Yaşlı insanlar gənclər qədər macəra sevmir. Bir sözlə, mən Madonnayam”.
Onu da qeyd edək ki, Madonnanın keçmiş həyat yoldaşı Qay Riçi özündən 10 yaş balaca idi. Bundan başqa Madonnanın 20 yaşlı rəqqas Brahim Zaibat və Timor Steffens kimi özündən xeyli kiçik kişilərlə də münasibəti olub.