<b>“Soyunmayacam” deyən Zarina,  erotik klipli Zamiq, şou-biznesdə toy </b>
11 fevral 2014 12:31 (UTC +04:00)

“Soyunmayacam” deyən Zarina, erotik klipli Zamiq, şou-biznesdə toy

Ölkədə nə qədər ciddi proseslər baş versə də şou - biznes nümayəndələri həmişə gündəmdədirlər, onların hər bir hərəkəti müzakirə mövzusudur, hadisədir, söz konusudur. Məsələn, kim harada nə etdi, kimi-kimi söydü, döydü, sevdi, kim  konsert verdi, klip çəkdirdi... Siyahını uzatmaq da olar, ancaq buna ehtiyac yox...  Bunların hamısı barədə Lent.az-ın yeni layihəsi olan “Həftəbecər”də biləcəksiz, bir az fərqli şəkildə, yəni başqa saytların yazmadığı formada, yeni təqdimatda. Sözü uzatmadan keçək əsl mətləbə, ötən həftənin yaddaqalan olaylarına...

 

 

Ötən həftənin şou gündəmini xalq artisti Ağadadaş Ağayev zəbt etdi. Müğənninin gizli videosu üzə çıxdı. A.Ağayev bilmədi videoya şərh versin, yoxsa yerli saytlara “müharibə” elan etsin, bəzilərini məhkəməyə belə versin. Videoda xalq artisti özəl bir məclisdə görüntülənmişdi.

 

Həftənin daha  bir üzücü xəbəri Türkiyədə yaşayan Azəri Günellə bağlı oldu. Qardaş ölkənin mətbuatı yazdı ki, Güneli tutublar. Müğənnimizin cavabı özünü çox gözlətmədi. Günel Lent.az-a özəl açıqlamasında yayılan xəbərlərin həqiqətə uyğun olmadığını deyib. Keçmiş olsun, Günel.

 

 

Xalq artisti, müğənnilərə “qan udduran” İlhamə Quliyeva deyəsən, həmkarlarına titul alıb-verməklə yanaşı, maraqlı layihə üzərində çalışdığını söyləyib.  İlhamə Quliyeva çox ağır bir yükün altına girdiyini və bir çox sənət adamlarını bir araya toplayacağını söyləyib. 

 

 

Türk rejissoruna yenicə klip çəkdirən müğənni Zarina Məmmədova isə çətin vəziyyətə düşüb. İfaçı səhnəyə gələn gündən qapalı geyimlərə üstünlük verib. Ancaq iş prosesində onunla çalışan insanlar Zarinanı “soyundurmağa” çalışırlar. Ancaq gənc xanım heç vaxt soyunmamağa söz verib və o biri şou əhli kimi bədənini deyil, səsini nümayiş etdirmək iddiasındadır. Nə deyək, düz yoldadır!

 

 

 

Tək üzücü xəbərlər vermək niyyətimiz yoxdu. Belə ki,  yaxınlarda toy gözlənilir. Aygün Rəhimova və Sabir Əhmədov bu xəbəri sosial şəbəkədəki dostları ilə bölüşüblər. Allah, xoşbəxt eləsin.

 

 

Səhnənin ən nazlı xanımlarından olan müğənni Xumar Qədimova isə qalmaqal edən həmkarlarını tənqid atəşinə tutub. İfaçı bildirib ki, mübahisə ilə gündəmdə qalmaq düzgün deyil. Xumar xanım vurğulayıb ki, heç vaxt qalmaqalla reklam olunmaz, bu keçicidir.

 

 

 

Rəqqasə-müğənni Sevda Sanəliyeva Türkiyəyə yollanıb.  Sənətçi həm istirahət edib həm də işləri ilə məşğul olub. O, bir müddət əvvəl münasibəti o qədər də yaxşı olmayan həmkarı Aytənin işbirliyi yapdığı Asena ilə birgə şəkillər çəkdirib. Yəqin Sevda da Asena ilə birgə oynamaq istəyir.

 

 

Həftənin daha bir bəd xəbəri “Xəzər Xəbər”in aparıcısı Anar Nəcəfli ilə bağlı olub. O, 7 çalışdığı “Xəzər”dən ayrılıb.  Səhhətində yaranan problemlərə görə rəhbərliyə işdən azad olunması ilə bağlı müraciət edib.

 

 

 

“Özünə bax” layihəsinin rəhbəri Ruhi Əliyeva prodüser Tolikə bahalı hədiyyə bağışlayıb. O, prodüserə “Titanik” gəmisinin qırıntılarından hazırlanan saat verib. Tolik bu saatdan şou-biznesdə yalnız onda və əməkdar artist Ədalət Şükürovda olduğunu bildirib.  Vurğulamaq yerinə düşər ki, “Titanik” gəmisinin qalıqlarınan hazırlanan saat “Romain Jerome” adlanır. Mübarəkdir!

 

 

Həftə sonu bəzi müğənnilər üçün məhsuldar keçib. Məsələn, müğənni Zamiq Hüseynov “Gör nələr olur” mahnısına klip çəkdirib. Sözləri Leyli İsrafilova, musiqisi Ləman Süleymanovaya aid olan mahnının ekran həlli rejissor Fərhad Əliyə həvalə olunub. Klip üçün Ukraynadan Ksenya adlı model də gəlib. Yerli jurnalistlər klipin erotik görüntülərlə bol olduğunu da yazır.

 

 

Əməkdar artist Elza Seyidcahan millət vəkili Qənirə Paşayeva ilə birlikdə Tovuza gedib. O, Elza Seyidcahanı “instagramda” şəkil paylaşmaqdan ayırıb və onunla birlikdə  bir neçə yoxsul ailəni ziyarət edərək yardım göstərib.

 

Öz soyadından imtina edən əməkdar artist Tünzalə isə başını aşağı salıb, işini görür. İfaçı Türkiyənin məşhur Mərmərə Vəqfinin təşkil etdiyi Avrasiya Ekonomi Zirvəsi çərçivəsində, İstanbulda böyük konsert proqramı ilə çıxış edib. Sonda ona xüsusi hədiyyə verilib. Əhsən!
 

 

Ötən həftə gənc ifaçılar Sevda Yahyayeva və Elçin Çəfərov “Seni sevirəm” adlı mahnı oxuyublar.  Bəstənin sözləri Azər Şirinə, musiqisi Elçin Cəfərova, aranjemanı isə Tərlan Məmmədhüseynova aiddir. İfadan sonra həmkarlar Şahdağa yollanıblar, istirahətə. Həmişə gəzməkdə, dostlar


Həftəsonu ən çox müğənni Günay İbrahimli üçün xoş olub. 23 yaşı tamam olan Günay  ilk ad günü hədiyyəsini prodüseri Sevinc Hüseynovadan alıb. Saat 00:00-da sənətçinin avtomobilini şarlar, güllərlə bəzəyib. Təbriklər!

 

 

Bu da ötən həftənin “Həftəbecəri”, son, gələn ” Həftəbecər” lərəcən...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5807

Oxşar yazılar