Son üç ildə ABŞ-da üç milyon yeniyetmə «Facebook» sosial şəbəkəsini tərk edib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «iStrategyLabs»-in araşdırmasında bildirib.
Mütəxəssislər qeyd edib ki, 2011 - 2014-cü illərdə 13-17 yaş arasında «Facebook» istifadəçilərinin sayı 25,3 faiz azalıb.
Həmin dövrdə 55 və ondan yuxarı yaşda olan istifadəçilərin sayı 80,4 faiz artıb.
ABŞ üzrə bu sosial şəbəkədən ən çox San-Fransiskoda (148,6 faiz), ən az isə Hyüstonda (23,4 faiz) istifadə edildiyi müşahidə olunub.