Mayın 8-də Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avroviziya-2014” mahnı yarışmasının bütün finalçılar müəyyənləşib.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, ikinci on finalçı dövlətlər bunlardır: İsveçrə, Sloveniya, Polşa, Rumıniya, Norveç, Yunanıstan, Malta, Belarus, Finlandiya, Avstriya.
Beləliklə, mayın 10-da keçiriləcək finalda iştirak edəcək, 26 dövlətin siyahısı aşağıdakılardır: “Böyük beşlik”- Almaniya, İtaliya, İspaniya, Fransa və Britaniya, ev yiyəsi Danimarka, Monteneqro, Macarıstan, Ermənistan, Azərbaycan, San-Marino, Ukrayna, Rusiya, İsveç, Hollandiya, Rusiya.