“Ya Rəbb”
04 yanvar 2013 22:22 (UTC +04:00)

“Ya Rəbb”

Yeni ilin son günlərində iki yeni mahnı dinləyicilərinə təqdim edən müğənni Niyam Səlami başqa mahnı və layihə üzərində çalışır.

Müğənninin mətbuat katibi Ceyhun Məhərrəmlinin Lent.az-a veridyi xəbərə görə,  bəstəkar Nailə Mirməmmədli Niyam Salamiyə yeni mahnı təqdim edib.

Musiqisi Nailə Mirmməmədliyə, sözləri rejissor Kənan Mahmudova (MM) məxsus olan “Ya Rəbb” adlı mahnı bir neçə günə işıq üzü  görəcək.  ”Ya Rəbb” adlı yeni mahnı  Azərbaycanda yeni çəkilən serial üçün hazırlanır.

Qeyd edək ki, Niyama karyerasında daha çox uğur gətirən  Röya ilə duet oxuduğu “Ay ürək” mahnısının müəllifi Nailə Mirməmmədlidir.  

# 1051
avatar

Oxşar yazılar