“Sako” ləqəbi ilə tanınan modelyer Sakit Abbasov öz Moda Evinin yaranmasının iki illiyi münasibətilə tədbir keçirib. Lent.az-ın məlumatına görə, modelyerin tədbirinə Elza Seyidcahan, “Pişik Günel”, Lamiyə Novruzova, “Şarm” qrupu, Rəqsanə İsmayılova və qızı Aysun, aparıcı Elnarə Təhməzova, İlahə Nizamiqızı, prodüser Təranə Səmədova, model Səbinə Allahverdiyeva və bir çox stilistlər qatılıb.
Yeni kolleksiyalarından söz açan modelyer gecəyə təşrif buyuran qonaqlara geyimlərindən və bu günə qədər çalışdığı müğənnilərdən söz açıb.