Bu gün ATV kanalında yayımlanan “Qrup №1”-in növbəti efir günü baş tutacaq. Lent.az-ın məlumatına görə, 20 həftə davam edən yarışmanın finalında “Kral” və “Dostlar” qrupu üz-üzə gələcək. Gecənin münsif qonaqları isə xalq artisti Faiq Ağayev və əməkdar artist Tünzalə Ağayeva olacaq. Proqramın gedişatında isə Azərbaycan estradasının sevilən müğənnilərinin də iştirakı gözlənilir. Bundan əlavə, verilişdə yarışma ilə bağlı maraqlı süjetlər və başqa sürprizlər də nəzərdə tutulub.
Qeyd edək ki, veriliş hər həftənin bazar ertəsi, saat 21.50-də ATV-də yayımlanır.
Layihənin informasiya dəstəkçisi Lent.az-dır.