“Playboy”-un modeli doğum gününü islama qayıdışla qeyd edəcək
01 iyul 2014 05:11 (UTC +04:00)

“Playboy”-un modeli doğum gününü islama qayıdışla qeyd edəcək

“Pleyboy” jurnalının modeli Felitsiya Yep Çen İnin iyulun 3-də 28 yaşı tamam olacaq.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, o, bir sıra islam dövlətlərinin informasiya vasitələrinin qəhrəmanı olub. Məlumata əsasən, model doğumu gününü

“islama qayıdış”la da qeyd edəcək. “Qeybə çəkilən qız döndü” yazısından sonra “Facebook”-da onun pərəstişkarları çoxalıb.

 

Felitsiya 1986-cı il iyulun 3-də Malaziyanın Kuala-Lumpur şəhərində anadan olub.

 

Ailəsi ilə birlikdə İpox şəhərinə köçüb. Orada bağçada işləyib. 2005-ci ildə “Yeniyetmə mələk” müsabiqəsində iştirak edib. 2006 -2007-ci ildə keçirilən “Mən model olmaq istəyirəm” teleşousunun finalçısı olub.

 

Bundan sonra o, karyerasını bu sahədə qurub. 2010-cu ildə gözəllik yarışmasının finalına çıxıb.

 

2013-cü ildə “Playboy” jurnalında fotosunun yayılmasına razılıq verib. O, bu addımı atan ilk malaziyalı xanımdır. Düzdür, o, çılpaq şəkil çəkdirməyib.

 

Ötən ilin iyulunda o, “Playboy Macau” klubu ilə müqavilə imzalayıb. Bir ay sonra bu anlaşma ləğv edilib.

 

2013-cü ilin dekabrında podiumu yeni Felitsiya görünüb. O, yeni hicab dəblərini nümayiş etdirib. Ondan sonra “Facebook” səhifəsində o, belə yazıb: “Fikrimcə, bədənimi göstərməkdən daha artığına layiqəm”.

 

Bu dəyişiklik Malayziyanın müsəlman təbəqəsini nəinki sevindirib, əksinə hiddətləndirib. Onlar Felitsiyanın islama “hörmətsizlikdə” suçlayıblar.

 

Model isə bildirib ki, islama dönmək fikrində deyil və erotik jurnal üçün şəkillər çəkdirmək işin davam etdirəcək. 

# 2226
avatar

Oxşar yazılar