“Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova ana olub. Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, müğənni açıqlamasında qız anası olduğunu bildirib: “Mayın 24-ü səhər saat 9-da qız anası oldum. Qızıma Məryəm adını qoymuşuq. Çox sevincliyəm, çox gözəl və qəribə hisdir. Allah bütün övlad həsrətində olanlara qismət etsin. Məni təbrik edən hər kəsə burdan təşəkkür edirəm”.
Qeyd edək ki, “Pişik” Günel hələ ailə həyatı qurmayıb.