“Miss Eurovision of Azerbaijan”ın yarımfinalına iştirakçılar seçildi
18 mart 2014 12:43 (UTC +04:00)

“Miss Eurovision of Azerbaijan”ın yarımfinalına iştirakçılar seçildi

“Miss Eurovision of Azerbaijan” gözəllik müsabiqəsinin yarımfinalına vəsiqə qazanan iştirakçılar məlum olub. Lent.az-ın məlumatına görə, müsabiqədə yarışacaq xanım iştirakçıların adları mətbuat konfransında açıqlanıb.

 

Xatırladaq ki, iştirakçıları modelyer Mübariz Allahverdizadə, layihənin təşkilatçısı Aqil Məmiyev, əməkdar artist Hüsniyyə Mürvətova, müğənnilər Nura Suri, Zamiq Hüseynov, aparıcılar Nərgiz Cəlilova, Şəhriyar Əbilov, model Oksana Rzayeva, yarışmanın keçən il Azərbaycan təmsilçisi, model Anastasiya Bern, Türkiyədən rəsmi nümayəndə Turan İşıqlı, model İlqar Əliyev seçib.

 

Qeyd edək ki, yarımfinal mərhələsinə 44 xanım iştirakçı vəsiqə qazanıb. Növbəti seçim turunda isə onların yalnız 22 nəfəri final mərhələsində iştirak etmək şansı qazanacaq. Sonda isə seçiləcək bir qalib gözəl avtomobil qazanmaqla yanaşı, ölkəmizi beynəlxalq müsabiqədə təmsil edəcək.

Tədbirin sonunda Avropanın tanınmış müğənnisi və bəstəkarı Toni Rey solo konsert proqramı ilə çıxış edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1537

Oxşar yazılar