
“Məmur qorxur ki, müğənni ilə münasibəti bilinsə, işdən çıxararlar” - Ayan Babakişiyeva
Müğənni Ayan Babakişiyeva prodüser Tolikin “Tarixlə səmimi” “Youtube” layihəsinin qonağı olub.
Müğənni həmkarlarının ailə dağıtmaqda ittiham olunmasına münasibət bildirib:
“Müğənnilər ailə dağıtmır, mən də ailə dağıtmamışam. Günah kişilərdədir. Dövlət məmuru, iş adamı sanki müğənni ilə sevgili olmağı, bunu ətrafa bildirməyi xoşlayır. Kişi məşhur simanı həyatına gətirdiyi zaman məsələsini ailəsi ilə həll etməlidir, ya da boşanıb, müğənni ilə ailə qursun. Biz də tanınmış insanıq, bizə ləkə yaxmaq olar? Onlar qorxur ki, müğənni ilə münasibəti bilinsə, işdən çıxararlar”.
İfaçı şəxsi həyatından da bəhs edib: “Bugünkü həyatda qadınlarla kişilərin münasibətindən başım çıxmır. Sevgidə gərək vəfalı olasan. O vaxt həyatımdakı insanın (red: Füzuli Musayev) müğənnilərə meyli yox idi. Mənim həyatının səhvi olduğunu demişdi.
Amma mən peşman deyiləm. O vaxt çox xoşbəxt olmuşam, və övladım dünyaya gəlib. Səmimi deyirəm, heç nəyə peşman deyiləm. Bilirəm ki, qismətimdə olanı yaşamalıyam. O vaxt xoşbəxt idim, sevib-sevilirdim. Sevildiyimi hiss edirdim. Bu həyatı mən yaşamışam. Səfasını da, cəfasını çəkmişəm. Hamı bilir ki, biz Leyli Məcnun sevgisi yaşamışıq”.
Müğənninin keçmiş münasibətindən danışarkən göz yaşları tökməsi də diqqətdən qaçmayıb.
Qeyd edək ki, müğənni Ayan Babakişiyeva Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin üzvü Füzuli Musayev ilə eşq həyatı yaşayıb. Onların bu münasibətdən 2014-cü ilin martın 1-də Selena adlı qız övladı dünyaya gəlib.
(musavat.com)
Oxşar yazılar

Öz və yalançı adları ilə tanınan MƏŞHURLAR – SİYAHI
23 aprel 2025 , 11:03
Madonnanın karyerasında rekord: Klipi 1 milyard izləndi - VİDEO
21 aprel 2025 , 17:31
6 ayda 26 kilo arıqladı! İşin Karaca sirrini açıqladı
21 aprel 2025 , 12:56
Sürpriz eşqin ilk FOTOSU – Məşhurlar qovuşdu
21 aprel 2025 , 11:46
Məşhur müğənni: “Yaxşı bir it olmaq istərdim”
19 aprel 2025 , 19:10
Selena Qomes cinsi həyatı ilə bağlı elə şeylər paylaşdı ki...
18 aprel 2025 , 14:12
Müğənni Kərimin ölkədən çıxışına qadağa aradan götürüldü
18 aprel 2025 , 11:38