“Kurtlar Vadisi-Pusu”nun sponsoru iflas ayağında
17 yanvar 2013 11:23 (UTC +04:00)

“Kurtlar Vadisi-Pusu”nun sponsoru iflas ayağında

“Kurtlar Vadisi-Pusu” serialında Polad Ələmdar və Memati obrazlarını yaradan Necati Şaşmaz və Gürkan Uygunun reklamlarında çəkildiyi “Ukra İnşaat” şirkəti iflas ərəfəsindədir.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, əsası 2005-ci ildə qoyulan şirkətin adı “Kurtlar Vadisi-Pusu” teleserialı ilə məşhurlaşıb.

Şirkət içərisində 378 ofis olan “Ukra Han Plus”, 800 mənzilli “Hane Plus” layihələrini həyata keçirib, 2010-cu ildə isə ən böyük layihəsini – 2 min 560 mənzil və 70 mağazanın olması nəzərdə tutulan “Ukra City” layihəsinə başlayıb. “Ukra İnşaat” “Kurtlar Vadisi-Pusu” ilə bərabər “Kurtlar Vadisi-Fələstin”, “Ov mövsümü” kimi filmlərə də sponsor olub. Necati Şaşmaz şirkətin reklamlarının ilk üzü olub. Necati Şaşmazla çəkilən 3 reklam filmindən sonra teleserialın digər aktyoru Gürkan Uygun keçən ilin noyabr ayında yayımlanan reklamlarda oynayıb.

Şirkət 2011-ci ilin sonlarından etibarən maliyyə çətinlikləri ilə üzləşməyə başlayıb və çarəni məhkəmədə axtarıb. 2012-ci il dekabrın 28-də məhkəmə şirkətlə bağlı tədbir qərarı verib. Bu qərar şirkətin mülkiyyətinin icra təqibinə məruz qalmaqdan xilas edib. “Ukra İnşaat” şirkətinin iflasının təxirə salınıb-salınmaması barədə məhkəmə qərarı isə yaxın vaxtlarda açıqlanacaq.

Qeyd edək ki, “Ukra İnşaat” şirkəti reklam filmləri üçün 20 milyon dollar xərcləyib. Necati Şaşmaza bu puldan nə qədər verilmədiyini açıqlanmasa da, Gürkan Uygun reklam filmlərində çəkilməsi üçün 2,5 milyon dollar ödənildiyi məlum olub.

 

# 3821
avatar

Oxşar yazılar

 "Sənin köməyinə ehtiyacım var"  : Cennifer Lopez

"Sənin köməyinə ehtiyacım var" : Cennifer Lopez

23 may 2024 , 18:45
Məşhur aktyora  1 milyonluq   TƏKLİF: Şam yeməyi üçün

Məşhur aktyora 1 milyonluq TƏKLİF: Şam yeməyi üçün

23 may 2024 , 17:17
Nəsrin Cavadzadə anası ilə çimərlik fotolarını  PAYLAŞDI

Nəsrin Cavadzadə anası ilə çimərlik fotolarını PAYLAŞDI

23 may 2024 , 12:20
Məşhur model çimərlik geyimində -  FOTO

Məşhur model çimərlik geyimində - FOTO

22 may 2024 , 21:53
 "Yalan biabırçılıq"   - Puqaçova yeni mahnısına klip çəkdirdi

"Yalan biabırçılıq" - Puqaçova yeni mahnısına klip çəkdirdi

22 may 2024 , 19:25
Məşhur aktyor jurnalisti  DÖYDÜ

Məşhur aktyor jurnalisti DÖYDÜ

22 may 2024 , 15:49
Hadisə makiyajsız fotosunu paylaşdı

Hadisə makiyajsız fotosunu paylaşdı

22 may 2024 , 04:02
Eminemin qızı  EVLƏNDİ

Eminemin qızı EVLƏNDİ

21 may 2024 , 21:46