Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsinin ənənəvi tanıtım tədbiri Hollandiyada gerçəkləşdiriləcək.
Lent.az-ın məlumatına görə, 5-ci ildir keçirilən tədbirə bu dəfə də Amsterdam ev sahibliyi edəcək. Aprelin 13-də keçirilməsi planlaşdırılan tədbirdə builki “Eurovision” təmsilçilərilərinin iştirak edəcəyi gözlənilir.
Proqam və konsertdən ibarət olan 2 hissəli ənənəvi mərasim Amsterdamın mərkəzində yerləşən və şəhərin ən populyar musiqi məkanlarından biri, Melkveqdə keçiriləcək. Konsertin aparıcıları Niderlandın “Eurovision-1999” və “Eurovision-2000” iştirakçıları, Marleyn Sahupala və Linda Vagenmakerzdir.
Qeyd edək ki, Fransa, İsveçrə, Makedoniya, Belarus bu tədbirdə iştirakını artıq təsdiqləyib.