Gələn il Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsinin şüarı müəyyən edilib.
Lent.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, müsabiqə “Körpülər salaraq” (“Building Bridges”) şüarı altında keçiriləcək.
Müsabiqənin icraedici rəhbəri Yan Ola Sandın sözlərinə görə, bu şüar 1956-cı ildən başlanan və insanları əhatə edən yarışmanın mahiyyətini tamamilə əhatə edir.
Qeyd edək ki, müsabiqənin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.