“Eurovision 2014”-ün aparıcılarının adları açıqlandı
04 fevral 2014 21:46 (UTC +04:00)

“Eurovision 2014”-ün aparıcılarının adları açıqlandı

“Eurovision 2014” mahnı müsabiqəsinin aparıcılarının adları məlum olub.

 

APA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Kopenhagendə keçiriləcək yarışmanın aparıcıları qismində pianoçu və jurnalist Nikolay Koppel, aktyor Pilu Asbek və teleaparıcı Lize Renne çıxış edəcək.

 

Qeyd edək ki, “Eurovision 2014”də 37 ölkə iştirak edəcək. Bu müsabiqədə Azərbaycanı təmsil edəcək iştirakçının adı hələlik müəyyənləşməyib.

 

# 847
avatar

Oxşar yazılar