“Eurovision 2013” təmsilçiləri seçildi
07 fevral 2013 11:12 (UTC +04:00)

“Eurovision 2013” təmsilçiləri seçildi

May ayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision 2013” yarışmasında iştirak etmək üçün daha iki ölkə öz təmsilçisini seçib. Lent.az-ın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq müsabiqədə İslandiya, Maltanı kimin təmsil edəcəyi bəllidir. İslandiyanı bu müsabiqədə Eypor İnqi Qunlauqson “Ég Á Líf!” (“Mənim həyatım var”) mahnısı ilə təmsil edəcək.

 

Maltanı təmsil etmək üçün seçilən Canluka Bezzina “Tomorrow” (“Sabah”)   mahnısını səsləndirəcək.

 

Bu il duet şəklində çıxış edəcək Gürcüstan isə öz mahnısını seçib. Müsabiqədə ölkəni təmsil edəcək  Nodi Tatişvili və Sophie Gelovani “Waterfull” ( “Şəlalə” ) mahnısını səsləndirəcəklər.

 

 

Qeyd edək ki, İslandiya və Malta mayın 16-da keçiriləcək ikinci yarımfinalın birinci hissəsində, Gürcüstan isə ikinci yarımfinalın ikinci hissəsində çıxış edəcəklər.

 

Xatırladaq ki, Danimarka, İspaniya, San-Marino, Ukrayna, Albaniya, Ermənistan və digər ölkələr öz təmsilçisini seçib.

 

Azərbaycan isə milli seçim turunun 6-cı həftəsindədir. Milli seçim turu 8 həftə davam edəcək. Ölkəmizi təmsil edəcək namizəd 80 ölkə arasında seçiləcək. Azərbaycan təmsilçisi müsabiqədə ikinci yarımfinalın birinci mərhələsində ikinci nömrə altında çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2093

Oxşar yazılar