“Eurovision-2014” təmsilçimizdən yeni xəbər
14 aprel 2014 17:35 (UTC +04:00)

“Eurovision-2014” təmsilçimizdən yeni xəbər

“Eurovision-2014” təmsilçimiz Dilarə Kazımova “Start a Fire” mahnısının promo-turu çərçivəsində Litvada çıxış edib. Lent.az-ın məlumatına görə, təmsilçimiz çıxışına ilk öncə bazar günü “TV3” telekanalında başlayıb. Daha sonra isə o, bu gün “LRT” kanalının səhər teleşousuda qonaq olub. İştirakçımız proqram zamanı Litva təmsilçisi Viliya Mataçunayte ilə duet ifa edib. Verilişdən dərhal sonra isə təmsilçimiz Litvalı həmkarlarımızın suallarını cavablandırıb.

 

Qeyd edək ki, D.Kazımovanın promo-turu çərçivəsində növbəti səfər edəcəyi ölkə Macarıstan olacaq. Daha sonra o, Rusiyaya, Gürcüstana və Maltaya yola düşəcək. Təmsilçimiz 10 gün ərzində 5 ölkəni ziyarət edəcək.

 

Qeyd edək ki, D.Kazımova “Start a Fire” mahnısını 8-ci nömrə altında “Eurovision” müsabiqəsinin Birinci Yarımfinalında, mayın 6-da isə Kopenhagendə təqdim edəcək.

# 1147
avatar

Yalçın UĞUR

Oxşar yazılar