8 günlük ərini qayadan itələyib, öldürdü
14 sentyabr 2013 06:43 (UTC +04:00)

8 günlük ərini qayadan itələyib, öldürdü

ABŞ-ın Montana ştatında toydan 8 gün sonra ərini qaydan itələyərək, öldürmüş qadının məhkəməsi olub.

 

Lent.az-ın «vesti.ru»-ya istinadən məlumatına görə, 22 yaşlı Cordan Linn Qrehemə qarşı qətl törətmək ittihamı irəli sürüldükdən sonra sentyabrın 9-da həbs edilib. Hadisə isə bu il iyulun 7-də baş verib.

 

Qadın suçunu etiraf edərək, bildirib ki, Qleyşer Milli parkında mübahisə ediblər və ərini qaydan itələyib.

 

Hadisənin detallarını araşdırandan sonra hakim Cordanın ev dustaqlığı barədə qərar çıxarıb. O, öz valideynlərin evində qalmalıdır. Bundan başqa dul gənc qadın xüsusi elektron bilərzik gəzdirməlidir.

 

Cordan olayla bağlı bildirib ki, iyulun 7-də əri ilə mübahisə edib, o, qadını əlindən tutub. Bundan hiddətlənən Cordan ondan aralanmaq istəyib. Ərinin əllərindən çevrilərək sivişib çıxıb və onu iki əli ilə qayadan itələyib.
 

O, da qayadan  yıxılaraq, həlak olub.

# 3487
avatar

Oxşar yazılar