Arizonada «Meatball» («Şarət») adlı pişik «dünyanın ən gonbul pişiyi» adına namizəddir.
Lent.az-ın Rusiya «NTV»-sinə istinadən məlumatına görə, onun çəkisi 3 yaşlı körpəninki qədərdir. Yiyələri «Meatball»-un bu vəziyyətə düşməsinə sevinmir, eləcə də onun bu halını yaxşı saymaq olmaz.
Hazırda bu pişiyin 4 yaşı var. İndiyə kimi o, bir neçə evdə yaşayıb.
Sahiblərindən birinin onu insana yaraşmayan həddədək yedirtdiyi ehtimal olunur.
Hazırda «Meatball»-ın çəkisi 17 kq-dır.
Bu çəkisinə görə, sahibləri ondan imtina edib və heyvan sığınacağına veriblər.
Sığınacağın əməkdaşları bu pişiyi pəhriz «oturdaraq»,bildiriblər ki, hələlik onu yad əllərə vermək istəmirlər.