16 yaşlı kanadalı yeniyetmə qız «uşaq pornoqrafiyasını yaymaq» maddəsi ilə mühakimə edilir.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu yeniyetmə qızın 17 yaşlı oğlan dostu olub. O, bununla əlaqəsini kəsərək, başqa bir yeniyetmə qızla dostluq etməyə başlayıb. Vəziyyəti belə görən «atılmış yeniyetmə qız» MMS-lə rəqibinin bir neçə açıq şəkillərini ümumi dostlarına göndərib.
Zərərçəkən qız həmin fotoları oğlan dostunun telefonunda aşkarlayıb.
Ona görə də həmin fotoları yollayan qız ittiham olunur. Onun vəkili ittihamı «ağılagəlməz» adlandırıb: «Bu, uşaq pornoqrafiyasının yayılması deyil, sadəcə «onlyan» sataşma, acıqçıxma hadisəsidir».