100 yaşlı dilənçinin milyonluq mirası dövlətə qalıb
18 mart 2014 07:46 (UTC +04:00)

100 yaşlı dilənçinin milyonluq mirası dövlətə qalıb

Səudiyyə Ərəbistanının Ciddi şəhərinin əl-Bələd rayonunda 100 yaşlı peşəkar dil Aişə vəfat edib. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, bu rayon şəhərin cəlbedici yerlərindən sayılır.

 

Bu qadın 50 ildən artıq müddətdə küçələrdə dilənib.

 

Öləndən sonra qonşuları Aişənin  böyük məbləğdə pul topladığını biliblər. Məlum olub ki, şəhərin mərkəzində o, 4 binanın yiyəsi olub. Bundan başqa Aişənin qızıl pul və zinət əşyalarından ibarət kolleksiyası qalıb. Bununla da onun mirasının milyon dolları ötür.

 

Ömrünün son illərində bu qadına qulluq etmiş qonşusu bildirib ki, Aişənin anası və bacısı da dilənçilik edirmiş. Qonşu bildirib ki, Aişənin var-dövləti haqqında bilən tək-tək adamlardandır.

 

Özünü məxsus evdə o yaşamırmış. Həmin mənzili kasıblara pulsuz verirmiş.

 

Ölümündən sonra onun varidatı dövlətə veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2694
avatar

Oxşar yazılar