Müğənni Xatun
07 dekabr 2020 11:16 (UTC +04:00)

Müğənni Xatun

Xatun da koronavirusa yoluxdu: "Daşıyıcılar aramızdadır" 

1

Müğənni Xatun Əliyeva koronavirusa yoluxub.

Lent.az-ın məlumatına görə görə, ifaçı bu barədə sosial şəbəkədə yazıb:

"Koronavirus keçirməmək mümkünsüz həddə gəlib çatıb. Nə qədər qorunsam da, deyilənlərə əməl etsəm də, virusa mən də yoluxdum. Çünki daşıyıcılar aramızdadır, insanların çoxu məsuliyyətsizlik edir. 

Çoxları daşıyıcı olduğu halda rahat insanlar arasına çıxır, ətrafında olan hər kəsi də yoluxdurur. Biz sənət adamları məcburuq hansısa tədbirdə, çəkilişlərdə iştirak edək. Amma bu insanların ucbatından biz də yoluxuruq. İndi məcburam ki, bütün işimi yox sayıb evə qapanım, çünki ətrafımdakıların canını da düşünürəm. Yazıqdır bu camaata. Bir ildir bu virus yaxamızı buraxmır. Niyə vəziyyətin ciddiliyini düşünmürsünüz? Hər gün bu virusun aldığı canların sayını görmək xoşunuza gəlir?

Hərə öz canına sahib olsun. Bir az özünüzü narahat hiss etdinizsə, həkimə müraciət edin. Evdən çıxmayın. Eləsi də var ki, üç-beş günə özünü yaxşı hiss edir və çıxır evdən. Bəlkə sənin vecinə almadığın, asan keçirdiyin virus başqası üçün ölüm səbəbidir. Belə olanda da virus bitmir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2180

Oxşar yazılar