"Səyyad müəllim, sizin xəbər məni çox pis hala saldı”.
Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Xatirə İslam sentyabrın 30-da koronavirusdan dünyasını dəyişən müğənni Səyyad Əlizadənin ölüm xəbərinə münasibət bildirərkən deyib. O, bununla bağlı sosial şəbəkədə status yazıb:
“Allah sizə rəhmət eləsin. Sağalmağınıza qurban demişdim, həyatda ilk dəfə qurbanım qəbul olmadı. Sizin dünya boyda ürəyiniz var idi. Çox heyif sizdən".
Qeyd edək ki, S.Əlizadə ötən gün 63 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Müğənni Səyyad Əlizadə