Aparıcı İlkin Həsəni
21 oktyabr 2021 10:41 (UTC +04:00)

Aparıcı İlkin Həsəni

Xanımı aparıcı İlkin barədə BU SÖZLƏRİ YAZDI


“Uşaq idim hələ, evimizdən dəfələrlə səsi gəlirdi, televizorda görürdüm, verilişinə baxırdım”.

Lent.az-ın məlumatına görə, bu sözləri aparıcı İlkin Həsəninin həyat yoldaşı Aysel sosial şəbəkədə yazıb. O, aparıcı həyat yoldaşının şəklini sosial şəbəkədə paylaşaraq, onu ad günü münasibətiylə təbrik edib:

“Desəydilər ki, bir neçə il sonra bu oğlan sənin sevdiyin adam, həyat yoldaşın, qızının atası olacaq, gülüb keçərdim. Tam 7 ildir 21 oktyabr mənim üçün vacib və sevincli günlərimdən biridir. Nə deyim? Daha təsəvvür belə etməyəcəyimiz qədər 21 oktyabrları qeyd edək. Əl-ələ sevgin, sevgimiz daim artsın. Hər gün daha bərk sevgi ilə günə birlikdə başlayıb, birlikdə bitirək. Səni sevirəm, ad günün mübarək”. 

Qeyd edək ki, İ. Həsəni 2017-ci ildə Aysel adlı xanımla ailə qurub. Onların Alisa adlı bir qızları var.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7218
avatar

Yalçın UĞUR

Oxşar yazılar