Koronavirusa yoluxan Xalq artisti Arif Quliyevin səhhətində irəliləyiş yoxdur.
Bu barədə Lent.az-a aktyorun oğlu Rövşən Quliyev açıqlama verib. O bildirib ki, atası özünü yaxşı hiss etmir:
“Atam artıq neçə günüdür EKMO cihaza qoşulub. Danışa bilmir, bizi də tanımır. Özündə deyil. Vəziyyəti də çox ağırdır. Həkimlər də əlindən gələni edir. Ümid qalıb Allaha”.