Xalq artistinin qızının nişanı qayıtdı -  2 dəfə toy təxirə düşdü...
21 iyun 2021 13:48 (UTC +04:00)

Xalq artistinin qızının nişanı qayıtdı - 2 dəfə toy təxirə düşdü...

Xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrin nişanını qaytarıb.

Lent.az xəbər verir ki, bu barədə xanəndəninin qızı sosial şəbəkədəki səhifəsində qeyd edib. O, izləyicilərinin ona ünvanlandığı "Nişanlısınız" sualına belə reaksiya verib:

"Bu sual çox gəlib və hər dəfə də cavablandırmaq istəmirəm. Bu son cavabım olacaq. Nişanlı deyiləm, xahiş edirəm, bundan sonra şəxsi həyatla bağlı suallar verməyin".

Qeyd edək ki, Nəzrin qardaşının dostu ilə nişanlanmışdı. Cütlüyün nişanı iki dəfə təxirə düşüb. 

Mələkxanım qızı nişanlanan zaman bu söləri demişdi:  "Allah bilən məsləhətdir. Nə vaxt Allah izn verər, onda da edərik. Kürəkənim ürəyimcədir. Oğlumun 15 illik dostudur. Qızım Nəzrinlə kürəkənim Təbrizin tanışlığı qəfil oldu. 15 il böyük oğlumla kürəkənim birlikdə xaricdə təhsil alıblar. Onun valideynləri ilə tanışlığımız da var idi. Münasibətləri birdən-birə oldu.

Bəxt və şansdır. Görür, sevir və xoşbəxt ailə olur. Bəzən də görürsən ki, illərdir tanıyırsan, amma alınmır. Bu, Allahın yazdığı bir yazıdır”.
 
Xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrin

# 8580
avatar

Yalçın UĞUR

Oxşar yazılar