Xalq artisti Gülyanaq Məmmədova maraqlı etiraf edib.
Lent.az-ın məlumatına görə, ifaçı 1992-ci ildə toyuna bir gün qalmış evdən qaçıb. O, bunu “1 dəqiqə” verilişində etiraf edib.
“Bu, o demək deyil ki, dayım oğlumu qoyub qaçmışam. 1991-ci ildən 1992-ci ilədək onunla nişanlı olmuşam. O, məni sevirdi, mən də onu dayım oğlu kimi sevirdim. Mən arzularımın ardınca qaçmışam”.