Bu gün səhnədə olub, plastik cərrahlara müraciət etməmiş, estetik prosedurlardan keçməmiş sənətçi tapmaq çox çətindir. Plastik cərrahiyə yeni kimi görünsə də, əslində xaricdə 60-cı illərdən bu əməliyyatların keçirilməsinə başlanılıb. Məsələn, Bülent Ersoy ötən əsrin 70-ci illərində Britaniyada cinsiyyətini dəyişdirmişdi.
Sövet hakimiyyəti dövründə isə ötən əsrin 70-ci illərində tək-tək hallarda bu əməliyyatları etdirənlər var idi. Məsələn, Azərbaycandan Flora Kərimova Gürcüstanda burunu əməliyyat etdirmişdi. Plastik əməliyyatlar qorxusuzdurmu, həmişə istənilən nəticəni verirmi?
Lent.az peşəkarların fikirlərini təqdim edir. Bu dəfə ulduzları yenidən yaratmış plastik cərrahlar danışırlar.
Belarus Tibb Universitetinin plastik cərrahiyyə şöbəsinin müdiri Vladimir Podqayski:
"1970-ci illərdə köhnə cərrahlar yaraları üçün at tükü ilə tikirdilər. Sonra balıq ovu üçün işlədilən incə “jilka”lardan işlədirdik, Sonra mikrocərrahiyyə ortaya çıxdı. İndi istifadə dilən xüsusi saplar o qədər incə və yüngüldür ki, hətta havada asılı qalır.
Kalininski prospektindəki Gözəllik İnstitutu Sovet Moskvasında əsl arzuların yerinə yetirilməsi fabriki idi. Burada ən yaxşı plastik cərrahlar işləyirdi. Müştərilərin sayı-hesabı yox idi. Lyudmila Qurçenko ondan çox əməliyyat keçirib. Aktrisa 75 yaşında öldü, amma son gününə qədər üzündə bir qırış belə yox idi! Bununla belə sona yaxın gözləri yumulmurdu və ağzının kənarlarından su axırdı.
İndi bir çox qadınlar sadəcə özlərini eybəcərləşdirirlər! Prosedurdan sonra tanınmaz dərəcədə dəyişən yüzlərlə gözəl var. Təhrif olunmuş təbəssümlər, hərəkətsiz alınlar və asimmetrik gözlər...- Bir çoxlarının baxarkən yaşını və cinsini təyin etmək olmur".
Anna Lobunova, plastik cərrah:
"İnsanın özü üçün təsəvvür etdiyi bu və ya digər görünüşü alacağına zəmanət yoxdur. Bir aktyorun şəkli ilə gəlib, “Ona oxşamaq istəyirəm” deyənlərə dərhal deyirəm ki, siz tamamilə fərqlisiniz, belə olmayacaq. Pulunuz sizə mükəmməl nəticəyə zəmanət verə bilməz. Təcrübə göstərir ki, əməliyyatdan sonra heyranlıqla da, dəhşətlə də qışqıra bilərsiniz. Hollivud ulduzları Mikki Rurk, Meg Rayan, Lindsi Loxan, Melani Griffit bir neçə dəfə plastik əməliyyata müraciət ediblər. Ancaq gözəlləşmək əvəzinə süniləşib kuklaya bənzəməyə başladılar. Kişilər arasında da əməliyyata can atanlar az deyil. Valeri Leontiev, Nikolay Baskov, Silvestr Stallone, Maykl Cekson... Gəncləşmək arzusu ilə çirkinləşmiş kişilərin siyahısı uzundur.
Pasiyentin tələbi çox olanda cərrah da üzü çox dartır. Nəticədə üz əyilir. Silikon və botoksla aparılan təcrübələr həmişə uğurlu olmur. Vera Alentovanı xatırlayın.
İttifaq üzrə milyonlarla tamaşaçı tərəfindən sevilən obrazdan əsər-əlamət belə qalmadı. Əvvəlcə hər şey yaxşı getdi - 60 yaşında aktrisa 40 yaşlı qəhrəmanları oynamağa davam etdi və xarakterə mükəmməl uyğunlaşdı. Ancaq sonra iynələrin dozasını artırmaq qərarına gəldi. Nəticədə yilmiş üz yarandı və gri dönüş yoxdur.
Elələri var ki, onlar üçün bu, psixoloji asılılıq kimidir. Həyatları boyu 40 - dan çox əməliyyat keçirən ulduzlar olub. Belə adamlar dismorfofobiya adlı psixi xəstəlikdən əziyyət çəkirlər.
Nə qədər əməliyyat keçirsək də, bu heç bir şəkildə psixoloji vəziyyətə yaxşı təsir etmir. Əməliyyatdan sonra eyforiya yaranır, bir müddət özünü sevir, sonra daha yaxşısını istəyir.
Bəziləri isə ictimaiyyəti şoka salmaq istəkləri ilə ifrat tədbirlərə əl atırlar - üzlərini tamamilə dəyişdirirlər. Bunun bariz nümunəsi daha çox pişik adam kimi tanınan amerikalı Dennis Avnerdir.
Çoxsaylı plastik əməliyyatlar, döymələr və pirsinqlər səbəbindən onun üzü və bədəni dəhşətli hal aldı. Nəticədə yaxınları ondan üz döndərdi və kişi tam tənhalıqdan intihar etdi.
Ancaq bu cür özünü eybəcərləşdirmənin qarşısını almaq olar. Və burada çox şey həkimdən asılıdır. Plastik cərrah əməliyyat etməkdən imtina edə bilən yeganə cərrahdır. Qəbulda pasiyentin psixoloji cəhətdən balanssız olduğunu görürüksə dayanmalıyıq. Biz bir növ psixoloq olmalıyıq . Gözəllik və əbədi gənclik axtarışında zamanında dayanmağı bacarmalısan.
Coselin Vildenstein plastik əməliyyatın ən məşhur qurbanı hesab olunur.
Coselinə baxanda, hətta ən təcrübəli mütəxəssislər də onun etdiyi əməliyyatların sayını hesablaya bilmirlər. Düzdür, 82 yaşında baxmayaraq, bu qadın hələ də daha gənc görünmək cəhdindən əl çəkmir və şayiələrə görə, keçmiş ərinin milyonlarla dollarlıq sərvətini əməliyyatlara xərcləyir. Və təəssüf ki, özünü qorxunc hala salıb".