Ukraynalı  Yaponiya gözəli   titulundan imtina etdi -  ŞOK SƏBƏB
05 fevral 2024 20:32 (UTC +04:00)

Ukraynalı Yaponiya gözəli titulundan imtina etdi - ŞOK SƏBƏB

“Miss Japan 2024” titulunu qazanan 26 yaşlı Ukrayna əsilli Karolin Şiino  evli kişi ilə münasibətə görə tituldan imtina edib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yanvarın 31-də həftəlik “Shukan Bunshun” jurnalı Şiinonun uşaqları olan evli bir kişi ilə münasibətdə olması barədə məqalə dərc edib. 

Fevralın 5-də isə  “Miss Japan” müsabiqəsinin rəsmi saytında Şiinonun titulundan məhrum edilməsi tələbinin qəbul edildiyi bildirilib. 

“Miss Yaponiya” Assosiasiyasının sədri Kaoru Vada münsiflərdən, sponsorlardan və yarışmanın digər iştirakçılarından üzr istəyib. O qeyd edib ki, müsabiqənin nəticələri və qalib ukraynalının davranışı ilə bağlı yaranmış bir sıra qalmaqallara görə məsuliyyəti öz üzərinə götürür. Vada onu da əlavə edib ki, 2024-cü ilin sonuna qədər heç kim "Miss Yaponiya" titulunu almayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6090
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar