Türkiyənin məşhur müğənnilərindən   İrandakı etirazlara DƏSTƏK
12 yanvar 2026 17:42 (UTC +04:00)

Türkiyənin məşhur müğənnilərindən İrandakı etirazlara DƏSTƏK

0

Türkiyənin tanınmış ifaçıları Ebru Gündeş və Hadise İranda baş verən etiraz aksiyalarına dəstək ifadə ediblər.

Lent.az yerli KİV-lərə istinadən xəbər verir ki, Ebru Gündeş sosial şəbəkə hesabında “Dualarımız və qəlbimiz sizinlədir” sözlərini paylaşaraq həmrəyliyini bildirib.

Hadise isə mövqeyini daha geniş şəkildə ifadə edərək qeyd edib ki, susmaq mümkün deyil: “İranlılar sadəcə səslərinin eşidilməsi üçün həyatlarını təhlükəyə atırlar. Burada söhbət statistik göstəricilərdən yox, real insan həyatından gedir - ailələrdən, tələbələrdən, zəhmətkeşlərdən. Onların hər biri ləyaqət və azadlıq arzusundadır. İran, biz sənin yanındayıq. Səni görür və eşidirik”.

Xatırladaq ki, Ebru Gündeş iranəsilli iş adamı Rza Zərrabın keçmiş həyat yoldaşıdır. Cütlüyün boşanmasına səbəb kimi Zərrabla Hadise arasında münasibətlərin olduğu iddiaları yayılmışdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar