“Traktorla toy çadırını dağıtdılar, mənə qulaq asanı qabağımda bıçaqladılar”
17 fevral 2024 20:15 (UTC +04:00)

“Traktorla toy çadırını dağıtdılar, mənə qulaq asanı qabağımda bıçaqladılar”

Lent.az “Ömrün bir anı” rubrikasında mədəniyyət və incəsənət xadimlərinin başına gəlmiş maraqlı və qeyri-adi hadisələr barədə məlumat verir. Bu dəfə müğənni Qədir Qızılsəsin başına gəlmiş hadisədən bəhs edəcəyik.

“Aran rayonlarından birinə toya getmişdim. “Palatka” toyu idi. Ev sahibi gözəl süfrələr açmışdı, toya həddən çox adam dəvət olunmuşdu. Məclisin ən qızğın vaxtı çöldə hay-küy qopdu. Hamı başladı qaçışmağa. Bir də gördük, toy çadırı uçdu. Məni qolumdan tutub çölə qaçırtdılar. Heç demə toy sahibinin düşməni varmış. “K-700” ( el dilində ona kasemsot deyirlər) deyilən böyük traktorla girib bütün çadırı, məhləni şumladı keçdi, yemək qazanlarını aşırdı. Toy beləcə yarımçıq qaldı”,-  o bildirib.

Qədir Qızılsəs toyda yaşadığı başqa bir faciəni də xatırlayıb.

“Bir dəfə də toylardan birində bir kişi yaxınlaşdı mənə, cibimə pul basdı, dedi bir muğam oxu. Başladım oxumağa, bu da arxası məclisə tərəf, qarşımda durub qulaq asır. Bir də gördüm bir nəfər də yaxınlaşır. Elə bildim, o da mahnı sifariş edəcək. Əlini atdı cibinə, bıçaq çıxarıb qarşımda dayanmış adamın belindən sapladı. Adam qarşımda can verdi. Toy yasa döndü”, -  o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 30567
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Azərbaycanlı ərindən boşanan müğənni çılpaq görüntüləndi

Azərbaycanlı ərindən boşanan müğənni çılpaq görüntüləndi

27 iyul 2024 , 16:18
Bütün dövrlərin ən gözəl aktrisası  kimdir?

Bütün dövrlərin ən gözəl aktrisası kimdir?

27 iyul 2024 , 14:30
Ehtiram Hüseynov buzlu su  ilə sağalır

Ehtiram Hüseynov buzlu su ilə sağalır

27 iyul 2024 , 10:38
61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55