“Toyu  silahlı adamlar   basdı, bəylə birgə bütün kişiləri götürüb getdilər” - Damla
29 yanvar 2024 15:15 (UTC +04:00)

“Toyu silahlı adamlar basdı, bəylə birgə bütün kişiləri götürüb getdilər” - Damla

“Gəncədə toyda idim. Çox şən toy gedirdi. Anidən gəlinin atası yıxıldı, hamı ətrafına toplaşdı. Adamın ürəyi dayanmışdı. Gəlinin ağ libasda meyiti qucaqlayıb qışqıraraq ağlamasını unuda bilmirəm”.

Bu fikirləri Lent.az-a müsahibəsində müğənni Damla söyləyib. O, getdiyi el şənliklərində və toylarda başına gələn maraqlı məqamlardan danışıb.

“Gürcüstanda toyda qulağımın dibində atəş açdılar. Qorxudan ölmüşdüm. Çox pis qorxmuşdum. Ömrümdə silah görməmişdim. Özümü toplayıb məclisi idarə eləmək xeyli zamanımı aldı. Çox çətin olmuşdu o gün mənə”, - müğənni bildirib.

O, Rusiyada toyda yaşanmış qeyri-adi bir hadisədən də danışıb.

“Peterburqda toyda idik. Çox şən bir məclis idi. Birdən əli silahlı polislər məclisi basdılar. Heç kimin şadlıq evindən çıxmağa ixtiyarı yox idi. Hadisə olmuşdu, bütün kişiləri, hətta toyun bəyini də götürüb apardılar. Toy cəmi 2 saat davam etdi. Məclisdə ancaq qadınlar qalmışdı, Məcbur olduq, məclisi dayandırdıq”, -  o vurğulayıb.

Damla ilə tam müsahibəni Lent.az saytında izləyə bilərsiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7500
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07