Teylor Sviftin sevgililəri  və onlara həsr etdiyi mahnılar
01 sentyabr 2025 16:43 (UTC +04:00)

Teylor Sviftin sevgililəri və onlara həsr etdiyi mahnılar

Bir neçə gün əvvəl məlum olub ki, Teylor Svift amerikalı futbol ulduzu Trevis Kelsidən evlilik təklifi alıb. Cütlüyün gözlənilən toyu artıq ilin ən çox danışılan hadisəsi adlandırılır.

Lent.az xarici mediaya istinadla müğənninin bütün sevgililərini və onlardan sonra yazdığı hitləri təqdim edir,

Co CoNas

Все бойфренды Тейлор Свифт: с кем она была до Трэвиса Кэлси и какие хиты о них написала

2008-ci ildə Teylor və ifaçı bir neçə ay birlikdə olublar. Söz-söhbətə görə, ayrılıq telefonla – cəmi 25 saniyədə baş verib.

Müğənni bu dramı musiqiyə çevirərək Fearless albomuna daxil edib. Sonradan bu albom ona ilk “Qremmi” mükafatını qazandırdı. Bu mərhələdən ilhamlanan mahnılar: “Forever & Always”, “Last Kiss”, “Better Than Revenge” və “Mr. Perfectly Fine”.

Lukas Till

“You Belong With Me” klipində rol alan aktyorla münasibəti də qısamüddətli olub. Onları “Hannah Montana” filminin çəkiliş meydançası tanış edib. Sonda dost qalmağa qərar veriblər.

Teylor Lotner

İki Teylorun romansı “Sevgililər günü” filminin çəkilişlərində başlayıb. Pərəstişkarlar hesab edirlər ki, “Back to December” müğənninin “Alatoranlıq” ulduzundan üzr istəməsidir.

Все бойфренды Тейлор Свифт: с кем она была до Трэвиса Кэлси и какие хиты о них написала

Kori Monteyt

Все бойфренды Тейлор Свифт: с кем она была до Трэвиса Кэлси и какие хиты о них написала

“Xor” serialının ulduzu Kori Monteyt ilə də müğənni qısa müddət münasibətdə olub.

İddialara görə, “Mine” mahnısı ona həsr olunub.

Con Mayer

“Half of My Heart” mahnısında əməkdaşlıq onları yaxınlaşdırıb. O zaman Teylor 20, Con isə 32 yaşında idi. “Dear John” mahnısı isə açıq şəkildə Mayerə ünvanlanmışdı.

Все бойфренды Тейлор Свифт: с кем она была до Трэвиса Кэлси и какие хиты о них написала

Müğənni orada belə deyirdi: “Səncə, 19 yaş sənin qaranlıq oyunlarına alət olmaq üçün çox gənc deyilmi?”. Mayer isə sonradan bu mahnını “ucuz fənd” adlandırmışdı.

Ceyk Gillenhol

Teylorun Ceyklə münasibətində yaş fərqi özünü göstərirdi – aktyor ondan 10 yaş böyük idi. Bu fərq onların münasibətinə də təsir etdi. Müğənni sonradan “All Too Well” mahnısında bu sevgidən doğan ağrı-acıları təsvir etdi.

Все бойфренды Тейлор Свифт: с кем она была до Трэвиса Кэлси и какие хиты о них написала

O, doğum gününə gəlməməsi və qırmızı şərfi geri qaytarmaması kimi incə, lakin ağır xatirələri də orada qeyd etmişdi.

Konor Kennedi

Все бойфренды Тейлор Свифт: с кем она была до Трэвиса Кэлси и какие хиты о них написала

Robert Kennedinin qardaşı oğlu Konorla müğənni 2012-ci ildə bir neçə ay görüşüb.

O zaman Teylor 22, Konor isə 18 yaşında idi. Bu romans “Starlight” mahnısına ilham verdi.

Harri Staylz

Все бойфренды Тейлор Свифт: с кем она была до Трэвиса Кэлси и какие хиты о них написала

Cütlük ilk dəfə 2015-ci ilin dekabrında birlikdə göründü. Üç ay sonra ayrıldılar.

Teylor “Qremmi”də “We Are Never Getting Back Together” mahnısını ifa edərkən xüsusi britaniya aksenti ilə oxudu – sanki mahnını Harrinin ünvanına söyləyirdi.

Kelvin Harris

Все бойфренды Тейлор Свифт: с кем она была до Трэвиса Кэлси и какие хиты о них написала

2015-ci ildə başlayan münasibət Billboard Music Awards-da rəsmi təsdiqləndi. Bir il davam edən romans ayrılıqla başa çatdı və yaxınlarının dediyinə görə, bu, “asan” olmadı.

Tom Hiddlston

Все бойфренды Тейлор Свифт: с кем она была до Трэвиса Кэлси и какие хиты о них написала

2016-cı ildə Met Gala-da sadəcə rəqs edən cütlük bir ay sonra paparassilər tərəfindən öpüşərkən görüntüləndi.

Bu münasibət “Getaway Car” mahnısına ilham verdi. Ancaq çox davam etmədi.

Co Elvin

Все бойфренды Тейлор Свифт: с кем она была до Трэвиса Кэлси и какие хиты о них написала

2017-ci ildə başlayan münasibət Teylorun ən uzun və sabit sevgisi kimi görünürdü. Onlar musiqiyə, pişik sevgisinə bağlı idilər. Hətta Co Evermore və Folklore albomlarında “William Bowery” təxəllüsü ilə mahnıların həmmüəllifi oldu.

Pandemiya dövrünü birlikdə, pişikləri – Meredit, Bencamin və Oliviya ilə keçiriblər. Teylor bu münasibət haqqında deyirdi: “Biz qərara gəldik ki, münasibətlərimiz qapalı olsun. Mən onsuz da xoşbəxt insan idim, amma mənə necə yaşamağı öyrətmələri xoşuma gəlmirdi. İndi isə mən xoşbəxtliyi sadəcə belə tapmışam”.

Все бойфренды Тейлор Свифт: с кем она была до Трэвиса Кэлси и какие хиты о них написала

Buna baxmayaraq, cütlük 2023-cü ildə ayrıldı.

Teylor Svift və Trevis Kelsinin nişanı haqqında nə məlumdur?

Bir neçə gün əvvəl Teylor sevənləri ilə çox duyğulu bir fotonu paylaşdı – o, yaşıl bağda, gül-çiçək içində poz verirdi. Məhz bu sehrli atmosferdə idmançı Trevis Kelsi ona evlilik təklifi edib.

Ulduz həmçinin üzük barmağında iri brilyant qaşlı qızıl üzüyünü nümayiş etdirib.

Onların romansı barədə ilk şayiələr 2023-cü ilin payızında yayıldı – cütlük Nyu-Yorkdakı Nobu restoranında əl-ələ görüntülənmişdi. Sonradan onlar münasibətlərini gizlətmədilər: Teylor tez-tez Kelsinin oyunlarına gələrək onu ailəsi və dostları ilə birlikdə tribunadan dəstəkləyirdi. Futbolçu isə müğənninin konsertlərində görünərək sevgisini açıq şəkildə nümayiş etdirirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306

Oxşar yazılar