Teylor Svift yeni rekorda imza atıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 34 yaşlı müğənni Elvis Preslini geridə qoyub. O, “Billboard 200”də hit-paradda birinci yeri tutub.
Svift 1956-2002-ci illər arasında 10 albomu ilə “Billboard 200”də 67 həftə 1-ci yerdə qalan Preslini geridə qoyaraq, 68 həftə 1-ci yerə sahib olub.
Svift Rok-n-Roll Kralını geridə qoysa da, 1964-2001-ci illər arasında 132 həftə birinci yerdə qalan “The Beatles” qrupundan geridə qalır.
Amma yəqin ki, onları da ötəcək. Çünki bu müğənnilərin illərlə qazanığı uğura Teylor aylar ərzində nail olub.