"İnsanın görünüşünə yox, xarakterinə baxaram. Mənim üçün fərq etməz, o insan pulunu, çörəyini haradan, necə qazanır. Mənim üçün əsas qadına sahiblənməyidir, arxasında dayanmağıdır. O demək deyil o, evə nə qədər pul gətirir. Ən azından cəhd edir ona, dolandırmağa çalışır".
Lent.az xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova "Elgizlə izlə" proqramında deyib. O, tənbəl kişilərdən də danışıb:
"Nifrət edirəm o insana ki, heç nə etmək istəmir. Onlardan heç nə olmaz. Nə ata olar, nə ana. Kişinin tənbəl olmağı çox pis bir şeydir".