2011-2013-cü illərdə İbrahim Tatlısəs ilə evli olan və bu nikahdan Elif Ada adlı qızı doğulan Ayşegül Yıldız qatıldığı tədbirlərin birində maraqlı fikir səsləndirib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş əri haqqında böyük hörmətlə danışan Ayşegül Yıldız deyib: “O, etdiyi yaxşılıqlar, aldığı dualar sayəsində həyatda qalır”.
Onun fikrincə, İbrahim Allahın sevdiyi quludur, yoxsa 3 dəfə ölümdən dönmək hər insana nəsib olmur: "İbrahim Tatlısəs Əzrailə 3:0 qalib gəlib” .