Rusiyanın məşhur müğənnisi Natalya Vlasovanın avtomobilinə qarşı hücum olub.
Lent.az xəbər verir ki, maşın naməlum şəxslər tərəfindən atəşə tutulub.
Hadisə ötən gün axşam saatlarında Moskvanın mərkəzində baş verib. Avtomobilə 250 min rubl ziyan dəyib.
İfaçının menecerinin sözlərinə görə, Natalya hüquq-mühafizə orqanlarına şikayət edib.