Müğənni Əlikram Bayramov Biləsuvar rayonunun Yuxarıciləli kəndində tikdirdiyi evi nümayiş etdirib.
Lent.az-ın məlumatına görə, ifaçı “Dönə bilsəm” verilişində bildirib ki, bu evi anasının arzusuna görə tikdirib: “Mən bu kənddə dünyaya gəlmişəm. Anamın arzusu idi ki, mən burada ev tikim. Bu ev çiy kərpiclə tikilmişdi, həmin ev çökdü. Sonra anam vəsiyyət etdi ki, mən onu yenidən düzəltdirim. Sağlığında vəsiyyət etdi, mən də tikdirdim, amma görmədi. Uşaqlıq illərim bu həyətdə keçib. Bu evdə mənim çox xatirələrim var. Bura tez-tez gəlirəm”.
Daha sonra ifaçının həyat yoldaşı danışıb: “Əlikramla tanış olanda onun 25 yaşı var idi. Valideynlərim məni Əlikrama vermirdilər. Deyirdilər ki, musiqiçilərin çox ailəsi olur. Sonra məni qaçırtdı. Atam da deyib ki, qız öz istəyi ilə qaçıb, arxasınca getməyin, yüngül olarsız. Onun imkansızlığı məni qorxutmadı. Hansı vəziyyətdə olursa olsun, onun yanında olacam”.